• DÜNYA

    12:44 19 aprel 2019

Anadolu Agentliyinə Türkiyə Prezidentinin mətbuat xidməti nəzarət edəcək

Türkiyə Prezidenti Rəcəb Tayyib Ərdoğan dövlət qurumlarının ictimaiyyətlə əlaqələr standartlarına dair qərar imzalayıb.

ONA xəbər verir ki, ölkənin “Rəsmi Qəzet”ində dərc edilən qərarla “Prezident Administrasiyasının İctimaiyyətlə Əlaqələr Şöbəsinin (mətbuat xidməti) Əsasnaməsi”ndə dəyişiklik olunub. Dəyişikliyə əsasən, bütün dövlət qurumlarının ictimaiyyətlə əlaqələr standartlarını Prezident Administrasiyasının İctimaiyyətlə Əlaqələr Şöbəsi müəyyənləşdiəcək.

Qərarla Prezident Administrasiyasının İctimaiyyətlə Əlaqələr Şöbəsinə Anadolu Agentliyinin (AA) faliyyətinə, büdcə xərclərinə, təşkilatlanmasına və rəhbər işçilərinin təyinatına nəzarət etmək səlahiyyəti də verilib. Şöbənin büdcəsində AA-ya aid bölmədə Agentliklə ən çox 5 illik müqavilə imzalana biləcəyi qeyd edilib. Həmin müqavilədə AA-nın rəhbər şəxslərin hansı şərtlərdə təyin olunacağı müəyyənləşəcək.

Qərarda TRT-nin də Prezident Administrasiyasının İctimaiyyətlə Əlaqələr Şöbəsinin nəzdində fəaliyyət göstərdiyi qeyd edilib.

Gülşən

Teqlər:

SON XƏBƏRLƏR