Anadolu Agentliyinin müxbiri qar uçqununa düşüb
  • DÜNYA

  • 19:12 10 May 2019

Anadolu Agentliyinin müxbiri qar uçqununa düşüb

Türkiyənin Anadolu Agentliyinin müxbiri Abdülkadir Nişançı qar uçqununa düşüb.

ONA Anadolu Agentliyinə istinadən xəbər verir ki, müxbir Abdülkadir Nişançı Bayburt –Trabzon arasında olan yolun açılışını izləyən zaman qar kütləsinin qopması nəticəsində uçqunun altında qalıb.

Müxbirin həyatını xilas etmək üçün polis və təcili yardım hadisə yerinə gəlib.

Axtarışa 100  insan, texnika və polis iti cəlb olunub, axtarışlar davam edir. 

Aytən Yusifova

Teqlər: qar uçqun müxbir Türkiyə

OXŞAR XƏBƏRLƏR