“Rəsmi Moskva Rusiya Federasiyasının nümayəndə heyətini AŞPA-ya geri qaytarmaq üçün əlindən gələni edir”.
ONA-nın xəbərinə görə, bu barədə Rusiya XİN-in Ümumavropa əməkdaşlıq departamentinin direktoru Andrey Kelin deyib.
“Rusiya təşkilatdan çıxmaqla bağlı qərar qəbul etməyib. Əksinə, biz çıxış yolu tapmaq üçün əlimizdən gələni edirik”, - deyə A.Kelin “ХХI əsrdə beynəlxalq münasibətlərin transformasiyası: çağırışlar və perspektivlər” adlı beynəlxalq konfransda bildirib.