• DÜNYA

    20:29 29 avqust 2019

Andrey Zaqorodnyuk Ukraynanın Müdafiə naziri seçilib

Ukrayna Ali Radası tərəfindən Andrey Zaqorodnyuk Müdafiə naziri seçilib.

APA “ukrinform”a istinadla xəbər verir ki, bu gün parlamentin ilk iclasında müdafiə nazirinin seçilməsi üçün səsvermədə 314 deputat iştirak edib.


Qeyd edək ki, Ukrayna Konstitusiyasının 114-cü maddəsinə əsasən, müdafiə və xarici işlər nazirləri Ukrayna Prezidentinin təklifi ilə, Nazirlər Kabinetinin digər üzvləri isə Baş nazirin təklifi ilə Ali Rada tərəfindən təyin edilir.

Rəşad

Teqlər:

SON XƏBƏRLƏR