Almaniya kansleri Angela Merkel yeni növ koronavirusa (COVID-19) qarşı peyvənd olunub.
APA-nın xəbərinə görə, bu barədə Almaniya kanslerinin mətbuat katibi Steffen Seibert məlumat verib.
O bildirib ki, Almaniya kanslerinə "AstraZeneca" peyvəndi vurulub.
“Şadam ki, bu gün "AstraZeneca"nın ilk dozasını vurdurdum. Mən vaksinasiya kampaniyasına qoşulan və vaksin vurduran hər kəsə təşəkkür edirəm. Vaksinasiya pandemiyanın öhdəsindən gəlmək üçün çox vacibdir”, - deyə A. Merkel qeyd edib.
66 yaşlı kansler peyvəndi Berlinin keçmiş Tempelhof hava limanında xüsusi quraşdırılmış “AstraZeneca”nın mərkəzində vurdurub.
Qeyd edək ki, aprelin əvvəllərində Almaniya Prezidenti də “AstraZeneca” ilə peyvənd olunub. Almaniyada bu peyvəndin 60 yaşdan aşağı şəxslərə vurulması qadağan olunub.