Angela Merkelin anası dünyasını dəyişib
  • DÜNYA

  • 21:19 10 Aprel 2019

Angela Merkelin anası dünyasını dəyişib

Almaniyanın baş naziri Angela Merkelin anası Gerlinda Kasner 90 yaşında dünyasını dəyişib.

ONA-nın “RİA Novosti”yə istinadən verdiyi xəbərə görə, bu barədə Almaniya hökumətinin rəsmi nümayəndəsi Şteffan Zaybert məlumat yayıb.

“Kanslerin anası Gerlinda Kasner vəfat edib. Xahiş edirik kanslerin şəxsinə və ailəsinə ehtiramla yanaşın”, - Zaybert belə deyib.

Qeyd edək ki, Angela Merkel hazırda Avropa Birliyinin “Brexit”lə bağlı növbədənkənar sammitinə qatılmaq üçün Brüsseldə səfərdədir.

Sərxan Kamallı

Teqlər: Almaniya kansler Angela Merkel

OXŞAR XƏBƏRLƏR