• DÜNYA

    23:33 5 mart 2020

Ankara və Moskva Suriyada BMT TŞ-nin tanıdığı bütün terrorçu qrupların məhv edilməsində razılığa gəlib

Ankara və Moskva Suriyadakı BMT Təhlükəsizlik Şurasının tanıdığı bütün terrorçu qrupların məhv edilməsi əzmində olduqlarını ifadə ediblər.

APA-nın Moskva müxbirinin verdiyi məlumata görə, bu barədə bu gün Kremldə Rusiya və Türkiyə Prezidentləri Vladimir Putin və Rəcəb Tayyib Ərdoğan arasındakı danışqların yekunu ilə bağlı imzalanan sənəddə bildirilib.

Qeyd olunub ki, mülki əhaliyə və infrastruktura qarşı təhdidlərə hansısa bəhanə ilə haqq qazandırılmamalıdır: "Rusiya və Türkiyə Suriyanın suverenliyinə, müstəqilliyinə və ərazi bütövlüyünə sadiqdirlər. Suriya münaqişəsinin hərbi həlli mövcud deyil və bu münaqişə suriyalıların özlərinin həyata keçirdiyi BMT TŞ-nin 2254 saylı qətnaməsinə müvafiq olaraq siyasi proses nəticəsində nizamlanmalıdır.

Rusiya və Türkiyə humanitar vəziyyətin daha da pisləşməsinin qarşısının alınmasının, mülki şəxslərin qorunmasının və ehtiyacı olan bütün suriyalılara humanitar yardım göstərilməsinin vacibliyinə əmindirlər. Tərəflər "insanların məcburi köçürülməsinin" qarşısının alınmasının və "qaçqınların və məcburi köçkünlərin Suriyadakı yaşayış yerlərinə təhlükəsiz və könüllü qayıtmalarının təşviq edilməsinin" tərəfdarıdırlar.

"Rusiya və Türkiyə martın 15-dən etibarən Suriyada M4 yolunda, Trumba yaşayış məntəqəsindən Ayn ək-Xabr yaşayış məntəqəsinə kimi birgə patrul xidmətinə başlayacaqlar", - deyə sənəddə qeyd olunub.

Fərid

Teqlər:

SON XƏBƏRLƏR