• DÜNYA

    23:50 23 mart 2019

Ankarada Türk Dünyası Birinci Qurultayı işə başlayıb

Bu gün Ankarada Türk Dünyası Birinci Qurultayı işə başlayıb.

ONA-nın Türkiyə börosu bildirir ki, qurultayın başlanğıcında "Ergenekon" canlandırılıb, dəmir döyülüb, tonqal qalanıb.

Qurultayın təşkilatçısı olan Turan Milli Türk Sivilizasiyası, Cəmiyyətin Mədəni və Təhsil Cəmiyyətinin rəhbəri Derviş Recep Var türk xalqlarının birliyindən bəhs edib.

Azərbaycanı bu tədbirdə Diasporlarla iş üzrə dövlət Komitəsinin sədr müavini Valeh Hacıyev və millət vəkili Adil Əliyev təmsil edib.

Qurultayda çıxış edən V.Haciyev bildirib ki, bu qurultayın reallaşması Azərbaycan və Türkiyə prezidentləri İlham Əliyev və Rəcəb Tayyib Ərdoğanın dostluğunun, Azərbaycan-Türkiyə birliyinin göstəricisidir.

Millət vəkili A.Əliyev çıxışında deyib ki, bəzi qüvvələr bu qurultayın baş tutmasına mane olmaq istəsə də, başda Azərbaycan olmaqla, türk xalqlarının nümayəndələri onun gerçəkləşməsinə nail olub.

Qurultayda Balkan, İran, Yunanıstan, Dağıstan, İraq, Əfqanıstan, Suriya, Ahıska türklərinin nümayəndələri də çıxış edərək Turan birliyinin vacibliyindən danışıblar.

Sərxan

Teqlər:

SON XƏBƏRLƏR