Türkiyənin paytaxtı Ankarada baş verən yanğın nəticəsində 5 nəfər həyatını itirib, 11 nəfər isə yaralanıb.
ONA xəbər verir ki, bu barədə”Hurriyet” məlumat yayıb.
Yanğın Ankaranın Altındağ rayonunda 3 mərtəbəli tikilidə baş verib. Məlumata görə, binada əsasən Əfqanıstandan olan kağız toplayıcıları qalır.
Zərərçəkənlərin xəstəxanaya yerləşdirildiyi bildirilir.