Bu gün Türkiyənin Antalya şəhərində 56-cı “Qızl Portağal” film festivalının açılış mərasimi olub.
APA-nın yerli bürosunun xəbərinə görə, festival Türkiyə filmlərinin sultanı hesab edilən Türkan Şorayın müraciətilə başlayıb.
Açılış mərasimində kino sənətkarları Selma Günerə və Əhməd Mekinə “Şərəf” mükafatları, aktyor Can Kolukısaya isə “Yıldırım Önal” xatirə mükafatı verilib.
Festivalın ssenari müəllifi, rejissor və prodüseri Əhməd Boyacıoğlu, inzibati direktoru Cansel Tuncerdir. Ekranlaşdırma Başak Emreyə, Antalya Film Forumunun ekranlaşdırılması isə Olena Yerşova Yıldıza aiddir.
Festivalda 29 ölkədən 69 rejjisorun 66 filmi nümayiş olunacaq. Nəticələr noyabrın 1-də açıqlanacaq.
Müxtəlif nominasiyalar üzrə qalib gələn film, rejissor və aktyorlara 1 milyon 437 min 500 lirə (təqribən, 245-250 min dollar) mükafat veriləcək.