Antalyada qəza olub, 9 rusiyalı turist xəsarət alıb
  • DÜNYA

  • 19:18 31 Oktyabr 2021

Antalyada qəza olub, 9 rusiyalı turist xəsarət alıb

Türkiyədə rusiyalı turistlər qəzaya düşüb.
ONA-nın “RİA Novosti” agentliyinə istinadən verdiyi məlumata görə, hadisə bu gün Antalyanın Serik yaşayış məntəqəsində baş verib.
Aeroportdan 12 rusiyalı turistdən ibarət qrupu daşıyan avtobusun sürücüsü idarəetməni itirib, avtobus qarşı yola çıxaraq aşıb. Nəticədə 9 turist xəsarət alıb. 2-i azyaşlı olmaqla, 3 turistin durumu orta ağırdır.

ONA

Teqlər:

OXŞAR XƏBƏRLƏR