"Apple" 6G şəbəkəsinin qurulması üçün işçilər axtarır
  • DÜNYA

  • 07:05 19 Fevral 2021

"Apple" 6G şəbəkəsinin qurulması üçün işçilər axtarır

“Apple” şirkəti altıncı nəsil (6G) rabitə şəbəkələrinin yaradılması ilə bağlı işçi axtarışına başlayıb.

APA xəbər verir ki, bu barədə “Bloomberg” şirkətin “5G/6G simsiz sistemlər üçün tədqiqat mühəndisi” vəzifəsi üçün vakansiyasına istinad edərək məlumat yayıb.

Gələcək “Apple” işçilərinə “yeni nəsil (6G) simsiz rabitəni araşdırmaq və inkişaf etdirmək”, “6G texnologiyasına dair sənaye və akademik forumlarda iştirak etmək” tapşırıqları həvalə olunacaq.

Agentliyin məlumatına görə, tədqiqatçı qrup “yaxın on ildə” yeni şəbəkənin yaradılması ilə məşğul olacaq.

“Bloomberg” yazır ki, mütəxəssislər 6G rabitə şəbəkələrinin 2030-cu ildə işə salınacağını proqnozlaşdırırlar.

Sərxan Kamallı

Teqlər:

OXŞAR XƏBƏRLƏR