“Apple” şirkəti yanğınlardan zərər çəkən Amazon meşələrinin bərpası üçün vəsait ayıracaq.
APA xəbər verir ki, bu barədə şirkətin rəhbəri Tim Kuk şəxsi “Twitter” səhifəsində məlumat paylaşıb.
Kuk, həmçinin dünyanın ən vacib ekosistemlərindən birinin üzləşdiyi fəlakətlə bağlı təəssüfləndiyini bildirib.
“Şirkətimiz biomüxtəlifliyin qorunmasına və Latın Amerikasındakı əvəzolunmaz Amazon meşələrinin bərpasına kömək etmək üçün vəsait bağışlayacaq”, - Kuk belə deyib.