Argentina və Uruqvayda elektrik enerjisi sistemində problem yaranıb, elektrik enerjisi təchizatı dayanıb.
APA-nın məlumatına görə, bunu Argentinanın "Edesur" distribütor şirkəti "Twitter" sosial şəbəkəsindəki səhifəsində yazıb.
Şirkət əhalini davamlı məlumatla təmin edəcəyini açıqlayıb.
Artıq 1 saatdır ki, Argentinada elektrik yoxdur.