• DÜNYA

    08:50 8 may 2019

Argentina xarici işlər nazir Venesuela Ali Məhkəməsinin qərarını qınayıb

Argentina xarici işlər nazir Xorxe Fori də Venesuela Ali Məhkəməsinin qərarını pisləyib.

ONA TASS-a istinadla xəbər verir ki, ölkənin baş diplomatı Tvitter səhifəsində qeyd edib ki, Nikolas Maduro hökuməti Venesuela demokratlarının yalnız siyasi deyil, eyni zamanda şəxsi azadlıqlarını da məhdudlaşdırıb: “Venesuela Ali Məhkəməsinin aprelin 30-da hökumət əleyinə çıxış edən müxalif millət vəkilləri barəsindəki ittiham qərarı qanuna ziddir. Ali Məhkəmənin bu hərəkəti prezident Nikolas Maduro hakimiyyətinin siyasi təzyiqlərinin təzahürüdür”.

ONA

Teqlər:

SON XƏBƏRLƏR