BMT yaxın vaxtlarda Arktika şelfini (qütbün sualtı hissəsini) Rusiya ərazisi kimi tanıyacağı haqda qərar verə bilər.
ONA-nın “Izvestiyam” qəzetinə istinadən verdiyi xəbərə görə, bunu Rusiya prezidentinin ətraf mühitin mühafizəsi məsələləri üzrə xüsusi nümayəndəsi Sergey İvanov bildirib.
O deyib ki, belə bir qərarı BMT-nin Alt Komitəsi qəbul edib. Ancaq yekun tanıma hələlik razılaşdırılmayıb.
“Ümid edirəm ki, bu, tez bir zamanda baş tutacaq və Arktikanın elmi araşdırılmasında bizim birgə səylərimiz öz bəhrəsini verəcək”, - İvanov belə deyib.
O, həmçinin qeyd edib ki, belə olacağı təqdirdə Rusiya öz ekoloji norma və qaydalarını tətbiq etmək imkanı qazanacaq.