Avropa Şurası Parlament Assambleyasının (AŞPA) yeni prezidenti seçilib.
APA-nın Avropa müxbirinin xəbərinə görə, təşkilatın qış sessiyasında hollandiyalı Tini Koksun AŞPA prezidentliyinə namizədliyi təsdiqlənib.
O, ukraynalı rəqibi Mariya Mezentsevanı məğlub edib. Belə ki, Koksa 164, Mezentsevaya isə 80 nümayəndə səs verib.
Tini Koks bu vəzifədə belçikalı senator Hendrik Daemsi əvəz edib.