Astana şəhərinin adı rəsmi şəkildə dəyişdirilərək Nur-Sultan olub.
ONA-nın Rusiya mətbuatına istinadən verdiyi xəbərə görə, bu barədə Qazaxstan prezidentinin mətbuat xidməti məlumat yayıb.
Yeni prezident Kasım-Jomart Tokayev Qazaxstan paytaxtının adının dəyişdirilməsi ilə bağlı Konstitutsiyaya düzəlişi imzalayıb.
Qeyd edək ki, Qazaxıstanın yeni prezidenti Kasım-Jomart Tokayev Astananın adının ilk prezident Nursultan Nazarbayevin şərəfinə Nur-Sultan adlandırılması təklif ilə çıxış etmişdi.