İsrail maliyyə naziri Aviqdor Liberman bu gün Azərbaycana səfər edəcək.
ONA-nın xəbərinə görə, bu barədə “Ynet” portalı məlumat yayıb.
A. Libermanın başçılıq etdiyi nümayəndə heyəti görüşlər zamanı İsrailə Azərbaycan neftinin və karbamidin tədarükü, o cümlədən İsrailə buğda ixracı məsələlərini müzakirə edəcək.