• DÜNYA

    11:50 7 may 2019

Avropa ölkələri ABŞ və Çini ticarət danışıqlarında gərginlikdən uzaq durmağa çağırıb

Avropa ölkələrinin maliyyə və ticarət nazirləri ABŞ və çinli həmkarlarını hazırkı ticarət danışıqlarında gərginlikdən uzaq durmağa çağırıb.

ONA-nın "Reuters"-ə istinadən verdiyi məlumata görə, Fransanın maliyyə naziri Bruno Le Mayre deyib ki, ölkəsi danışıqların şəffaflıq və çoxtərəflilik prinsipləri çərçivəsində keçirilməsinə tərəfdardır: "Mən hər kəsi qarşıdakı aylarda qlobal inkişafa təhdid edən qərarlar verməkdən çəkinməyə çağırıram",- deyə fransalı rəsmi deyib.

Almaniyanın iqtisadiyyat naziri Peter Altmayer də tərəfləri qərar verərkən diqqətli olmağa səsləyib: "Biz ümid edirik ki, ABŞ və Çin aralarındakı ticarət münaqişəsini həll edə biləcəklər, əks halda bunun heç kəsə müsbət təsiri olmayacaq”.

Qeyd edək ki, Çin Ticarət Nazirliyinin məlumatına görə, baş nazirin müavini Liu He mayın 9-u və 10-da danışıqlar aparmaq üçün ABŞ-a səfər edəcək.

Zümrüd

Teqlər:

SON XƏBƏRLƏR