Avropa İttifaqının 25-26 mart tarixinə təyin olunmuş sammiti videkonfrans formatında təşkil ediləcək.
ONA-nın "Alman dalğası"na istinadən verdiyi məlumata görə, bundan əvvəl Avropa İttifaqının sammitinin Brüsseldə ənənəvi formada keçirilməsi planlaşdırılsa da, koronavirusa yoluxma göstəricilərinin artması ilə əlaqədar videkonfrans formatında təşkil olunacaq.
Sammitin gündəliyinə pandemiya ilə mübarizə və vaksinasiya prosesinin sürətləndirilməsi, o cümlədən Türkiyə və Rusiya ilə münasibətlərin müzakirəsi daxildir.