• DÜNYA

    15:45 25 aprel 2019

Avropa Məhkəməsi Levon Ter-Petrosyanın Ermənistana qarşı iddiasını təmin edib

Avropa İnsan Haqları Məhkəməsi “Levon Ter-Petrosyan Ermənistana qarşı” işi ilə bağlı hökm çıxarıb.

ONA-nın “Aysor”a istinadən verdiyi məlumata görə, keçmiş prezidentin vəkili Vaqe Qriqoryan deyib ki, işlə bağlı müraciət məhkəməyə 2008-ci ildə göndərilib.

Şikayət keçmiş prezidentin seçki sonrası dövrdə dinc toplaşmasına qoyulan qadağa, həmin il martın 1-dən 20-nə kimi hərəkətinə məhdudiyyət və siyasi baxışlarına görə hüquqlarının pozulması ilə bağlı olub.

“Məhkəmənin çıxardığı qərara əsasən, 2008-ci il mitinqinin dağıdılmasının heç bir əsası olmayıb, barəsində əvvəlcədən xəbərdarlıq edilməyib və gücdən istifadə olunub. Nəticədə dinc mitinqlərin keçirilməsi ilə bağlı hüquq pozulub”,- deyə vəkil özünün “Facebook” səhifəsində yazıb.

Məhkəmə həmçinin Levon Ter-Petrosyanın dinc toplaşma hüququnun pozulmasına qarşı effektiv müdafiəyə malik olmadığını təsdiqləyib.

Məlahət

Teqlər:

SON XƏBƏRLƏR