Avropa İttifaqı Venesuelaya 50 milyon avro məbləğində humanitar yardım ayırıb.
ONA-nın məlumatına görə, bu barədə Avropa Komissiyasının açıqlamasında deyilir.
Bildirilir ki, bununla da Avropa İttifaqının Venesuelaya ayırdığı humanitar yardımın məbləği 2018-ci ilin əvvəlindən bu yana 117,6 milyon avroya çatıb. Maliyyə dəstəyi əhalinin qida və içməli su təminatının yaxşılaşdırılmasına, həmçinin uşaq təhsili sahəsində layihələrin həyata keçirilməsinə yönəldiləcək.
Avropa Komissiyasının açıqlamasında qeyd edilir ki, bu dəstək siyasi vəziyyətdən asılı olmayaraq əhalinin ən çox yardıma ehtiyacı olan təbəqəsinə göstəriləcək.