• DÜNYA

    16:13 29 may 2019

Avropa Komissiyası: Türkiyə ilə danışıqlar dalana dirənib

"Türkiyə əvvəlki kimi Avropa İttifaqından uzaqlaşır. Bu səbəbdən də ölkənin təşkilata üzvlüyü ilə bağlı danışıqlar dalana dirənib”.

ONA-nın xəbərinə görə, bu barədə Avropa Komissiyasının Avropa İttifaqının genişləndirmə siyasəti üzrə illik hesabatında deyilir.

“Türkiyə Avropa İttifaqından uzaqlaşmağa davam edərək qanunun aliliyi və əsas hüquqlar sahəsində ciddi şəkildə geridə qalıb, konstitusiya dəyişikliyinə görə siyasi sistemdə balansı zəiflədib”,- deyə Avropa Komissiyasının hesabatında qeyd edilir.

Hesabatda həmçinin bildirilir ki, Türkiyə Avropa İttifaqının vacib tərəfdaşıdır və təşkilata üzv olmaq üçün namizəd ölkədir.

“Miqrasiya və qaçqınlara dəstək sahəsi də daxil olmaqla Türkiyə ilə ümumi maraq kəsb edən əsas sahələrdə yüksək səviyyəli dialoq və əməkdaşlıq davam edir”,- hesabatda vurğulanıb.

Rəna

Teqlər:

SON XƏBƏRLƏR