İtaliyanın Padova şəhərində koronavirusa yoluxan 78 yaşlı kişi ölüb.
APA TASS-a istinadən xəbər verir ki, bu barədə Veneto bölgəsinin qubernatoru Luk Dzayyu açıqlama verib.
Bu, Avropada karonavirusdan ikinci, İtaliyada isə birinci ölüm hadisəsidir.
Mərhumun hansı şəraitdə virusa yoluxduğu hələlik dəqiqləşdirilməyib.
RİA Novosti-nin yaydığı məlumatda isə ölən şəxslə birlikdə 67 yaşlı həyat yoldaşı da yüksək hərarətlə xəstəxanaya yerləşdirilib.
Xatırladaq ki, Avropada koronavirusdan ilk ölüm hadisəsi fevralın 15-də Fransada qeydə alınıb. Yanvar ayının ortalarında Çinin Hubey əyalətindən gələn 80 yaşlı kişi bu xəstəlikdən ölüb.