"Biz müstəqilliyimiz uğrunda Azərbaycanla birlikdə döyüşmüşük. Ona görə də münasibətlərimiz dostluq münasibətləri çərçivəsində olmalıdır".
ONA-nın Gürcüstan bürosunun xəbərinə görə, bunu Gürcüstanın "Avropalı Gürcüstan" Partiyasının sədri Gigi Ugulava söyləyib.
Gigi Ugulava deyib ki, Gürcüstanın digər qonşu ölkələrlə də həll etməli olduğu başqa məsələlər var. Müxalif lider hökuməti strateji ölkələrlə münasibətləri doğru qurmamaqda ittiham edib: "Hökumətin strateji dostlarımızla münasibətlərdə elementar səhvləri var. Azərbaycan bizim dostumuzdur və bunu hər kəs anlamalıdır. Azərbaycanla müəyyən məsələlərin müzakirəsi ancaq komissiyalar çərçivəsində aparılmalıdır".