• DÜNYA

    08:10 28 fevral 2020

Avropanın 7 ölkəsində koronavirusa yoluxanların sayı artıb


“İtaliyada koronavirus qurbanlarının sayı üç nəfər artaraq 17-yə yüksəlib. Hazırda ölkədə 650 yoluxma hadisəsi qeydə alınıb.

APA RİA Novostiyə istinadən xəbər verir ki, bunu İtaliyanın Mülki Müdafiə Qüvvələrinin rəhbəri Ancelo Borrelli deyib.

“Pozitiv xəbərlərlə başlamaq istərdim. Lombardiya bölgəsində daha üç nəfər sağalıb. Yəni bu bölgədə sağalanların ümumi sayı 40-a çatıb”, - deyə A.Borrelli əlavə edib.

Onun sözlərinə görə, Siciliyada 2, Latsioda isə 3 virusa yoluxma hadisəsi qeydə alınıb: “Ölən 3 nəfər 80 yaşdan yuxarı insanlardır”.

TASS-ın yaydığı məlumata görə, ötən gün bir sıra Avropa ölkələrində virusa yoluxma halları daha da artıb.

Avstriyada 5, İsveçrədə 6, İsveçdə 7, İspaniyada 25, Fransada 38, Almaniyada 44, İtaliyada 45 yeni yoluxma hadisəsi qeydə alınıb.

Rəşad

Teqlər:

SON XƏBƏRLƏR