• DÜNYA

    02:14 16 mart 2021

Avropanın daha bir neçə ölkəsi “AstraZeneca” peyvəndinin istifadəsini müvəqqəti dayandırıb

Fransa Prezidenti Emmanuel Makron ölkəsində “AstraZeneca” peyvəndinin Avropa Əczaçılıq Agentliyinin verdiyi qərara qədər dayandırıldığını deyib.

APA TASS-a istinadən xəbər verir ki, İtaliyanın Dərman Agentliyi də oxşar məlumat yayıb. Agentlik Siciliya adasında “AstraZeneca” peyvəndindən sonra 3 ölümün qeydə alınmasından sonra belə bir qərar verib.

İspaniya hökumətinin başçısı Pedro Sançes, öz növbəsində, ölkənin səhiyyə orqanlarının vəziyyəti təhlil etməyə davam etdirdiklərini və yaxın gələcəkdə məsələ ilə bağlı açıqlama verəcəyini söyləyib.

Almaniya Səhiyyə Nazirliyi də ölkədə “AstraZeneca” peyvəndindən istifadənin dayandırıldığını elan edib. Səhiyyə Naziri Yens Şpan belə bir açıqlama ilə çıxış edib. Nazir deyib ki, Almaniyada “AstraZeneca” peyvəndindən sonra 7 qan laxtalanması hadisəsi qeydə alınıb.

Danimarka, İslandiya, İrlandiya, Norveç və Hollandiya da daxil olmaqla bir sıra digər Avropa ölkələrində də sözügedən peyvənddən istifadə müvəqqəti olaraq dayandırılıb.

Rəşad

Teqlər:

SON XƏBƏRLƏR