Avstraliyada köpək balığı dalğıcı öldürüb
  • DÜNYA

  • 17:47 05 Yanvar 2020

Avstraliyada köpək balığı dalğıcı öldürüb

Avstraliyada köpək balığı dalğıcı öldürüb.

ONA-nın “news.com.au” saytına istinadən verdiyi məlumata görə, hadisə yerli vaxtla saat 13.30 radələrində Şərqi Avstraliya ştatında, Kall adasındakı Esperanse şəhəri yaxınlığında baş verib.

Böyük ağ köpək balığı qayığın yaxınlığında su dalan dalğıca hücum edib. Xilasetmə xidməti hazırda Şərqi Avstraliya polisi ilə birlikdə köpək balığının hücumu nəticəsində ölümlə nəticələnən hadisəni araşdırır, ölən kişinin meyiti axtarılır.

Qayıqda olan və köpək balığının kişiyə hücumundan şoka düşən qadın isə xəstəxanaya yerləşdirilib.

 

OXŞAR XƏBƏRLƏR