• DÜNYA

    09:48 10 noyabr 2019

Avstraliyada meşə yanğınlarında 3 nəfər ölüb

Avstraliyada meşə yanğınlarında 3 nəfər ölüb.

ONA-nın “France-Presse” agentliyinə istinadən verdiyi məlumata görə, yağınlar zamanı əksəriyyəti yanğınsöndürənlər olmaqla, 30 nəfər də xəsarət alıb.

Meşə yanğınları ilə əlaqədar 1000-dən çox insan evakuasiya edilib, 150-yə qədər ev yanıb.

Yeni Cənubi Uels ştatının yanğınsöndürmə xidməti sürətlə yayılan yanğınların qarşısını ala bilmədiklərini açıqlayıb. Meşə yanğınları Kvinslend ştatı sərhədlərindən cənub sahillərinə qədər, o cümlədən Mərkəzi Qərb regionu ərazisini əhatə edir.

ONA

Teqlər:

SON XƏBƏRLƏR