Avstriyanın Daxili İşlər naziri Karl Nehammer paytaxt Vyanada baş vermiş atışmanın terror aktı olması qənaətindədir.
APA “TASS”-a istinadən xəbər verir ki, nazir bu barədə yerli jurnalistlərə açıqlamasında deyib.
“Biz açıq şəkildə terror hücumu ilə üz-üzəyik”, - nazir belə deyib.
Onun sözlərinə görə, şəhərdəki hücum hazırda da davam edir. Atışma nəticəsində bir neçə nəfər yaralanıb, bir nəfər ölüb. Sakinlərə evlərini tərk etməmələri və küçəyə çıxmamaları tövsiyə olunub.
Eyni zamanda, nazir bir polisin ağır yaralandığını, cinayətkarlardan birinin isə saxlanıldığını vurğulayıb.
Hazırda Vyananın birinci rayonunda xüsusi xidmət orqanlarının irimiqyaslı əməliyyatı davam edir.