Bu gün Avstriyada keçirilən parlament seçkilərinin ilkin nəticələri məlum olub.
ONA-nın ORF telekanalına istinadən verdiyi məlumata görə, Sebastian Kurtsun rəhbərlik etdiyi Avstriya Xalq Partiyası səslərin 37 faizini toplayıb.
İkinci yerdə 22 faiz səslə Sosial-Demokrat Partiyası, üçüncü yerdə isə 16 faiz səslə Azadlıq Partiyası qərarlaşıb.