• DÜNYA

    14:48 9 oktyabr 2022

Avstriyada prezident seçkiləri keçirilir

Avstriyada prezident seçkiləri keçirilir.

ONA-nın xəbərinə görə, hazırkı dövlət başçısı Aleksander Van der Bellen və daha altı namizəd prezident postuna iddialıdır.

Sosioloji sorğulara görə, Aleksander Van der Bellenin ən güclü rəqibi Avstriya Azadlıq Partiyasının (FPÖ) dəstəklədiyi Valter Rozenkrants hesab edilir. 50 faizlik həddi aşa bilməyəcəyi təqdirdə, 1945-ci ildən bəri ilk dəfə olaraq seçkilərə təkrar qatılan dövlət başçısı ikinci turda mübarizə aparmalı olacaq.

Yerli vaxtla saat 17.00-da seçki məntəqələri bağlandıqdan sonra ilk nəticələr elan ediləcək.

ONA

Teqlər:

SON XƏBƏRLƏR