• DÜNYA

    17:15 3 iyun 2019

Avstriyanın yeni kanslerinin andiçmə mərasimi keçirilib

Avstriyada yeni kansler Bricit Birlaynın andiçmə mərasimi keçirilib.

ONA “City News”-a istinadən xəbər verir ki, 69 yaşlı Bricit Birlayn Avstriyanın ilk qadın kansleri seçilib.

Qeyd edək ki, o, bu vəzifəyə sabiq kansler Sebastyan Kurzla bağlı parlamentdə etimadsızlıq səsverməsinin keçirilməsindən sonra təyin edilib.

Müxalifətin S.Kurza etimadsızlıqla bağlı səsvermə keçirilməsi təşəbbüsü irəli sürməsinin səbəbi keçmiş vitse-kansler və Avstriyanın Azadlıq Partiyasının lideri Haynts-Kristian Ştraxenin iştirakı ilə qalmaqallı video yazının yayılması olub.

Qeyd edək ki, H.K.Ştraxe istefa verib, S.Kurz isə Avstriyanın Azadlıq Partiyası ilə hakim koalisiyada fəaliyyətini davam etdirib və növbədənkənar parlament seçkiləri elan edib.

Rəna

Teqlər:

SON XƏBƏRLƏR