"Ötən 30 ildə İmam Xomeynidən sonra çoxlu səylər göstərildi ki, onun yad edilməsi və xatirəsi unudulsun, aradan götürülsün. Amma İmam Xomeyninin cazibəsi daha da çox davam etdi".
APA-nın Tehran bürosunun məlumatına görə, bu sözləri İranın Ali Lideri Ayətullah Xamenei İran İslam İnqilabının banisi İmam Xomeyninin vəfatının 30-cu ildönümü münasibətilə paytaxtda keçirilən tədbirdəki çıxışında bildirib.
İmam Xomeyni məqbərəsində yüksək vəzifəli rəsmilərin, xarici qonaqlar və ictimaiyyət nümayəndələrinin iştirakı ilə keçirilən tədbirdə Ayətullah Xamenei diqqətə çatdırıb ki, bunun nişanəsi imamın vəfatından 30 il sonra bu cür əzəmətli və izdihamlı ildönüm mərasiminin təşkil olunmasıdı. Dünyada bunun mislinin olmadığını deyən Ali Lider Xomeyninin şəxsiyyəti haqqında danışaraq bildirib ki, şücaət, hikmət, təqvalı olmaq, zülmlə mübarizə, ədalətsevərlik və sədaqət onun özəl xüsusiyyətlərindən və cazibələrindəndir: “İmam Xomeyninin daha bir xüsusiyyəti müqavimətli olmasıdır. Onun bu xüsusiyyəti barəsində geniş danışmaq istərdim”.
Ayətullah Xamenei bildirib ki, İmam Xomeynini bir məktəb, bir düşüncə, bir ideologiya, bir yol kimi tanıdan onun müqavimət xüsusiyyətinə sahib olması idi. Problemlərlə və maneələrlə üzləşəndə imamın göstərdiyi müqavimət bütün dünyanı təəccübləndirirdi: “Xomeyninin İran xalqına və vəzifəli şəxslərinə ən böyük dərsi onun məhz müqaviməti idi. Bu düşüncə və cəlbedici yol hər gün xalqları özünə cəlb edir. İran xalqı və məsul şəxslər iqtisadi, siyasi, hərbi, ictimai və mədəni sahələrdə bu aydın yoldan istifadə edərək zirvəyə kimi yüksələcəklər”.
İslam İnqilabının qələbəsindən sonra da Xomeyninin müxtəlif təzyiqlərlə üzləşdiyini, lakin yenə müqavimət göstərdiyini bildirən Ayətullah Xamenei hədə, qorxu, razısalma, aldatma kimi vasitələr İmam Xomeyniyə heç vaxt təsir etmirdi. ABŞ-ın Qüds və Fələstin məsəlsini unutdurmağa çalışığını bildirən Ayətullah Xamenei əlavə edib ki, bu ilki Qüds Günü etirazları dünyanın 100 ölkəsində təşkil olundu və bu eitrazlar İmam Xomeyninin xatirəsinə həsr olunmuşdu. Ayətullah Xamenei müxtəlif vasitələrdən istifadə edərək İranın müqavimətini sarsıtmağa çalışan qüvvələrdən də söz açıb. Bildirib ki, onlar bəzən hədələyirlər, bəzən maraq oyadaraq razı salmağa çalışırlar.
O, misal kimi ABŞ prezidentinin son sözünü xatırladıb: “Trampın son sözü belə oldu ki, İran indiki rəhbərləri ilə də böyük nailiyyətlər əldə edə bilər. Yəni İranın hazırkı rəhbərləri! Biz sizi devirmək istəmirik, sizi qəbul etməyə hazırıq, ona görə narahat olmayın”.
Ayətullah Xamenei ABŞ-ın bu addımını “siyasi zirəklik” adlanıdırıb və qeyd edib ki, əlbətdə bu söz düzdür: “Əgər İranın hazırkı rəhbər və məsul əxsləri çalışsalar, cihad etsələr, gecə-gündüzləri olmasa, bir olsalar, imkanlardan yaxşı istifadə etsələr, əminliklə və heç şübhəsiz, böyük nailiyyətlər əldə edə bilərlər. Lakin inkişafın şərti budur ki, ABŞ yaxına buraxılmasın”.
“ABŞ prezidentinin siyasi zirəkliyi İranın vəzifəli şəxslərini və xalıqnı aldatmayacaq. ABŞ-ın yaxın gəlməsinə izn verilməməlidir. Onların qədəmləri mübarək olmayan qədəmlərdir. Hər yerə ayaq basdılar, müharibə, qardaş qırğını, fitnə, müstəmləkəçilik, təhqir və istismar yaratdılar. Xalqım səhnədədir və bu iştirakı davam edəcək. Çünki xalqın Qüds günü kimi bir gündə iştriakı düşmənin bütün hesablamalrını pozur”, -deyə Ali lider vurğulayıb.