• DÜNYA

    18:39 17 aprel 2019

Ayətullah Xamenei: ABŞ-ın SEPAH əleyhinə atdığı addım çirkli addımdır


İranın ali dini lideri Ayətullah Seyid Əli Xamenei bu gün İran İslam Respublikası Ordusu Günü ərəfəsində ordu komandanlarından, nümunəvi hərbi kadrlardan, Bəsic Təşkilatının kiçik şəhərlərdəki nümayəndəliklərinin üzvlərindən, habelə hərbçilərin ailə üzvlərindən bir qrupu ilə görüşüb.

ONA-nın Tehran bürosunun məlumatına görə, Ayətullah Xamenei ABŞ-ın İslam İnqilabı Keşikçilər Korpusu (SEPAH) əleyhinə atdığı addımı “çirkli addım” adlandırıb və bildirib ki, düşməni əsəbləşdirən hər bir iş yaxşı və düzgün işdir: “Azadlıq və insan haqları iddiasında olan bir çox ölkələrdə silahlı qüvvələr diktatorların güc ünsürü və xalqa qarşı bir vasitədir. Lakin İran İslam Respublikasında Silahlı Qüvvələr xalq üçün etibarlı hasar kimidir. Silahlı Qüvvələrimiz müharibə zamanı düşmən qarşısında elmi, təcrübəsi və fədakarlığı ilə sinəsini sipər edir və düşməni geri otuzdurur. Sülh zamanı tam hazırlığı ilə xalqın sabitliyini təmin edir. Bu səbəbdəndir ki, düşmənlər silahlı qüvvələri qorxaq göstərməklə xalqın sabitliyini pozmağa çalışır”.


Ayətullah Xamenei bildirib ki, əgər İran ordusu və SEPAH İŞİD-lə mübarizəyə qoşulmasaydı, bu gün region ölkələrinin durumu yaxşı olmayacaqdı: “Əlbəttə, terrorçularla mübarizədə həmin ölkələr özləri də mübarizə apardı və lazimi addımları atdı, lakin İran Silahlı Qüvvələrinin rolu danılmazdır”.

ABŞ-ın İran əleyhinə əsassız sözlərinin məqsədinin ictimai ruhu zəiflətmək olduğunu bildirən Ayətullah Xamenei qeyd edib ki, ABŞ-ın milyardlarla dollar borcu var: “ABŞ müxtəlif bölgələrdə baş vermiş tufan və seldən bir neçə il keçməsinə baxmayaraq, hələ də oradakı problemləri həll və kompensasiya edə bilməyib, lakin İran xalqının ruhunu zəfilətmək üçün boşboğazlıq edir”.

Süleyman Fərzəliyev

Kəmalə

Teqlər:

SON XƏBƏRLƏR