• DÜNYA

    02:13 11 dekabr 2019

Azərbaycan xalçası üzərində ABŞ-Rusiya münasibətləri - FOTO

Rusiya Xarici İşlər naziri Sergey Lavrov Vaşinqtonda ABŞ Dövlət katibi Mayk Pompeo ilə görüşüb.

APA-nın Moskva müxbirinin verdiyi məlumata görə, görüşdən öncə Rusiya XİN başçısı ABŞ Dövlət Departamentində fəxri qonaqlar kitabına ürək sözlərini yazıb. Bu barədə Rusiya XİN-in sözçüsü Mariya Zaxarova "Facebook" sosial şəbəkəsində paylaşım edib. Zaxarovanın paylaşdığı fotolarda Sergey Lavrovun fəxri qonaqlar kitabına ürək sözlərini yazdığı otaqda yerdə Azərbaycan xalçasının olduğu görsənir.

Mariya Zaxarova bu paylaşımdan sonra Lavrov və Pompeoun protokol üçün bir-birinin əllərini sıxan fotolarını paylaşıb. Həmin fotolarda da yerdə Azərbaycan xalçasının olduğu görsənir. Zaxarovanın "Facebook"da bu paylaşımın altında sosial şəbəkə istifadəçiləri yerdəki xalçanın Azərbaycan xalçası olduğunu qeyd ediblər.

Bundan başqa, Moskvadakı Azərbaycan İcmasının rəhbəri Şamil Tağıyevin də "Facebook"da Lavrov və Pompeonun Azərbaycan xalçası üzərində müzakirələr aparmasına işarə etməsi sosial şəbəkə istifadəçilərinin geniş müzakirəsinə səbəb olub.

Fərid

Teqlər:

SON XƏBƏRLƏR