Azərbaycan Xarici İşlər Nazirliyi (XİN) Yaponiyanın Kioto şəhərində baş vermiş yanğın zamanı ölənlərin ailələrinə başsağlığı verib.
ONA-nın xəbərinə görə, XİN-in “Tvitter” səhifəsində yayılan başsağlığında
“Yaponiyanın Kioto şəhərində animasiya studiyasında baş vermiş yanğında həyatını itirənlərə görə kədərlənirik. Yaponiya xalqına, yanğın zamanı həyatını itirənlərin ailələrinə başsağlığı verir, yaralılara isə şəfa diləyirik”, - deyə qeyd olunub.
Xatırladaq ki, Yaponiyanın Kioto şəhərində yerləşən animasiya studiyasında baş vermiş yanğın nəticəsində 33 nəfər ölüb, 40 nəfər xəsarət alıb. İlkin məlumata görə, yanğın qəsdən törədilib. Polis hadisə yerində əlində benzin çəni olan bir kişini saxlayıb. Hazırda onun dindirilməsi aparılır. Hadisə zamanı “Kyoto Animation” şirkətinin yerləşdiyi üçmərtəbəli bina ciddi ziyan görüb. Yanğının söndürülməsi hələ də davam etdirilir.