Azərbaycan yanğınsöndürənləri Türkiyədə Akçaova kəndində meşədə yanğını söndürüblər - [color=red]FOTO[/color]
  • DÜNYA

  • 14:43 08 Avqust 2021

Azərbaycan yanğınsöndürənləri Türkiyədə Akçaova kəndində meşədə yanğını söndürüblər - FOTO

Türkiyənin Aydın vilayətinin Akçaova kəndində yerləşən meşə massivində baş verən yanğınlar söndürülüb.
APA-nın Türkiyəyə ezam olunan müxbiri xəbər verir ki, ötən gün bu ərazidə baş verən yanğınlar öz şiddətini artırıb.
Bu səbəbdən Azərbaycan Fövqəladə Hallar Nazirliyinin Dövlət Yanğından Mühafizə Xidmətinin və Xüsusi Riskli Xilasetmə Xidmətinin əməkdaşları əraziyə cəlb olunub.
Gecə saatlarına qədər davam edən əməliyyatda yanğınlar lokallaşdırılıb və soyutma işləri görülüb.
Yanğınsöndürmə əməliyyatına fövqəladə hallar nazirinin müavini, general-leytenant Etibar Mirzəyev rəhbərlik edib. Yanğınsöndürmə əməliyyatında Dövlət Yanğından Mühafizə Xidmətinin rəis müavini, polkovnik Rza Xuduyev də iştirak edib.

ONA

Teqlər:

OXŞAR XƏBƏRLƏR