• DÜNYA

    09:19 16 avqust 2020

Azərbaycandan daha 79 İran vətəndaşının ölkəsinə qayıtması təmin olunub

Azərbaycandan daha 79 İran vətəndaşı ölkəsinə qayıdıb.

APA-nın Tehran bürosunun məlumatına görə, bu barədə İranın Azərbaycandakı yeni səfiri Abbas Musəvi İRNA-ya açıqlamasında deyib.

Koronavirus epidemiyası səbəbi ilə sərhədlərin bağlanması nəticəsində Azərbaycanda qalan İran vətəndaşları ölkələrinə qayıtmaları həyata keçirilir. Şənbə günü daha 79 nəfərlik qrup İran-Azərbaycan sərhədini keçərək ölkəsinə gedib. A.Musəvi deyib ki, indiyədək 9 qrup şəklində 1300 nəfər İran vətəndaşı ölkəyə geri qayıdıb.

Qeyd edək ki, İran-Azərbaycan sərhədi mart ayından bağlanıb və iki ölkə arasında hava uçuşları da dayandırılıb. Sərhədlərin bağlanmasına baxmayaraq nəqliyyatın gediş-gəlişi üçün şərait yaradılıb və yük daşımaları davam etdirilir.

ONA

Teqlər:

SON XƏBƏRLƏR