• DÜNYA

    17:31 13 aprel 2019

Azərbaycanı İraq və Aralıq dənizi ilə birləşdirən dəmir yolu şəbəkəsi yaradıla bilər

Rusiya, Azərbaycan, İran, İraq və Suriyanı birləşdirən dəmir yolu şəbəkəsi yaradıla bilər.

ONA-nın İSNA agentliyinə istinadən verdiyi məlumata görə, Şimal-Cənub Nəqliyyat Dəhlizinin iştirakçısı İran İraq və Suriya ilə dəmir yolu əlaqəsi yaratmaq layihəsi üzərində çalışır.

İranın vitse-prezidenti Eşak Cahangiri Fars körfəzi ölkələrini Suriya və Aralıq dənizi regionu ilə birləşdirmək üçün avtomobil və dəmir yolları tikməkdə qərarlı olduqlarını bəyan edib.

“İraq Dəmir Yolları”nın rəhbəri Tələb əl-Hüseyn deyib ki, İraq nəqliyyat naziri Abdulla Luaibi üç ölkənin dəmir yollarının birləşdirilməsi üçün iranlı və suriyalı həmkarları ilə birgə görüş keçirmək barədə tapşırıq verib.

İran və İraq arasında dəmir yolu əlaqəsinin yaradılması barədə saziş 2014-cü ildə imzalanıb. İki ölkə arasında dəmir yolu əlaqəsinin yaradılması üçün 32 km uzunluqda Şalamçex-Bəsrə xəttinin çəkilməsi lazımdır ki, bunun üçün cəmi 52 min 200 dollar vəsait tələb olunur. “İran Dəmir Yolları” şirkətinin direktor müavini Maziyaru Yazdani bildirib ki, İran dəmir yolları şəbəkəsi Mərkəzi Asiya, Çin və Rusiya ilə əlaqəlidir, Şalamçex-Bəsrə dəmir yolunun çəkiləcəyi halda İraqla Rusiya və Çin arasında yük və sərnişin daşınması həyata keçirilə bilər.

Qeyd edək ki, hazırda Şimal-Cənub Nəqliyyat Dəhlizi çərçivəsində Azərbaycan və İran dəmir yollarının birləşdirilməsi istiqamətində işlər görülür.

Ramiz

Teqlər:

SON XƏBƏRLƏR