Türkiyədəki Azərbaycan Səfirliyi koronovirus infeksiyasının yayılma riski ilə əlaqədar dünən gecə yaradılan operativ “Qaynar xətt” xidmətinin sayını artırıb.
APA-nın yerli bürosuna Türkiyədəki Azərbaycan Səfirliyindən verilən məlumata görə, Türkiyədə yaşayan, təhsil alan və müvəqqəti səfərdə olan vətəndaşlarımız +905372826740, +903124906913, +903124920423 “Qaynar xətt”lərlə müraciət edə bilərlər.
Saat 11:15
Türkiyədəki Azərbaycan Səfirliyi koronovirus infeksiyasının yayılma riskilə əlaqədar operativ “Qaynar xətt” xidməti yaradıb.
APA-nın yerli bürosuna Türkiyədəki Azərbaycan Səfirliyindən verilən məlumata görə, dünən gecə saatlarında səfirilik opertaiv xidmətə başlayıb.
Səfirliyin mətbuat katibi Elvin Süleymanlı APA-ya bildirib ki, yüzlrlə müraciət edənlər var. Onlar daha çox qısamüddətli səfər edənlərdir: “Müraciət edənlərin siyahısı tutulur. Aralarında dönüş biletləri olanlar çoxdur. Uçuş tarixi və saatı bəlli olduqdan sonra vətəndaşlarımızla əlaqə yaradılacaq və onlar Azərbaycana göndəriləcək”.
Səfirliyin mətbuat xidmətindən bildirlib ki, Türkiyədə yaşayan, təhsil alan və müvəqqəti səfərdə olan vətəndaşlarımızın mümkün müraciətləri +905372826740 “Qaynar xətt"indən cavablandırılır.
Qeyd edək ki, Türkiyə və Azərbaycan prezidentlərinin arasında hər iki ölkə vətəndaşlarının qarşılıqlı səfərlərinin dayandırılması ilə əlaqədar telefon danışığı olub.