• DÜNYA

    19:28 14 mart 2019

Rusiyada azərbaycanlı deputat mandatından imtina edib

Rusiyanın Volqoqrad vilayət Dumasının deputatı Həsən Nəbiyev hakim “Vahid Rusiya” partiyasından xaric edilib.

ONA Rusiya mətbuatına istinadən xəbər verir ki, buna H.Nəbiyevin martın 6-da “8 min rubla qədər pensiya alan təqaüdçülər müftə yeyən və əyyaşdırlar. Çox işləsəydilər, çox pul alardılar” ifadəsini səsləndirməsi səbəb olub. Belə ki, Rusiya ictimaiyyəti arasında H.Nəbiyevin bu sözləri birmənalı qarşılanmayıb. Deputat ictimai qınaq qarşısında üzr istəsə də, üzvü olduğu partiya nümayəndələri də məsələylə bağlı H.Nəbiyevə sərt mövqe göstəriblər. Onun könüllü olaraq deputat mandatından imtina etdiyi bildirilir.

Orxan

Teqlər:

SON XƏBƏRLƏR