Bağdaddakı “yaşıl zona” raket zərbələrinə məruz qalıb.
APA xəbər verir ki, bu barədə “Al Hadath” telekanalı məlumat yayıb.
Məlumata görə, dövlət qurumlarının və diplomatik missiyaların, eləcə də ABŞ səfirliyinin yerləşdiyi bölgəyə iki raket mərmisi atılıb. Bundan sonra bölgədə həyəcan siqnalı işə düşüb. İlkin məlumata əsasən, raketlər Bağdadın şərq hissəsindən buraxılıb.
Yaralananlar və dağıntılar barədə hələ ki məlumat verilmir.