• DÜNYA

    23:20 15 iyul 2019

Bağdadın cənubunda iki partlayış törədilib, azı 5 nəfər ölüb

İraqın paytaxtı Bağdadın cənub-qərbində ard-arda baş vermiş iki partlayış nəticəsində azı 5 nəfər ölüb.

ONA xəbər verir ki, bu barədə “France Press” agentliyi İraq təhlükəsizlik qüvvələri nümayəndəsinə istinadən məlumat yayıb.

Məlumata görə, partlayışlar bölgədə yerləşən məscidin yaxınlığında törədilib. Əvvəlcə məscidin özündə əldə hazırlanmış partlayıcı işə salınıb, daha sonra kamikadze öz üzərində olan partlayıcı qurğunu partladıb.

Qeyd olunur ki, insident nəticəsində təxminən 20 nəfər də yaralanıb. Onlar İraq paytaxtındakı xəstəxanalardan birinə yerləşdirilib.

Bağdad polisi ərazini nəzarətə götürüb, hadisənin digər təfərrüatları araşdırılır.

ONA

Teqlər:

SON XƏBƏRLƏR