• DÜNYA

    08:58 3 oktyabr 2019

Bağdadın "yaşıl zona" ərazisinə iki raket atılıb

İraqın paytaxtı Bağdad şəhərinin mərkəzində iki raketin atılması nəticəsində güclü partlayış olub.

APA "Al-Arabiya" telekanalına yaydığı xəbərə istinadən bildiri ki, partlayışlar paytaxtda hökumət binaları kompleksinin və diplomatik nümayəndəliklərin yerləşdiyi "yaşıl zona"da baş verib.

Kanalın məlumatına görə, birinci raketin Türkiyə səfirliyinin, ikincisi isə Əl-Harisiyyə körpüsünün yaxınlığına düşüb. Xəsarət alan olmayıb.

Rəşad

Teqlər:

SON XƏBƏRLƏR