Baham adaları rəsmiləri “Dorian” qasırğası səbəbibdən arxipelaqda ən az 30 adamın öldüyünü müəyyən edib.
APA “TASS” agentliyinə istinadən xəbər verir ki, bu barədə cümə axşamı Amerikanın “CNN” telekanalının efirində ada dövlətinin baş naziri Hubert Minnis açıqlama verib.
“Mən bir saat əvvəl polis rəisi ilə danışdım, indi 30 ölü var. Bir neçə dəfə də dediyim kimi, bu rəqəmin artacağını gözləyirik”, - deyə Minnis qeyd edib.
Bundan əvvəl 20 nəfərin öldüyü deyilirdi.
Minnis əlavə edib ki, ABŞ prezidenti Donald Trampla da telefon əlaqəsi yaradıb. Onlar Vaşinqtonun Baham adalarına yardımını müzakirə ediblər.