• DÜNYA

    06:10 12 mart 2021

Bakı-Sumqayıt avtomobil yolunda yük maşını aşıb - FOTO

Bakı-Sumqayıt avtomobil yolunun “Saray” postunun yaxınlığından keçən hissəsində yol qəzası baş verib.

APA-nın yerli bürosunun məlumatına görə, Sumqayıt istiqamətində hərəkətdə olan “MAZ” markalı yük avtomobili ötmə əməliyyatı zamanı Abşeron Rayon İcra Hakimiyyətinə məxsus məişət tullantıları daşıyan yük maşınını yoldan çıxarıb.

Nəticədə tullantı daşıyan yük maşını Saray qəsəbəsi istiqamətinə dönmə əməliyyatı edərkən beton arakəsməyə çırpılaraq aşıb. Xoşbəxtlikdən xəsarət alan olmayıb. Hər iki nəqliyyat vasitəsinə ziyan dəyib.

Hadisə yerinə yol polisinin əməkdaşları cəlb olunub.

Faktla bağlı araşdırma aparılır.

ONA

Teqlər:

SON XƏBƏRLƏR