• DÜNYA

    14:50 20 may 2019

Bakıda böyük mağazası olan iş adamının evinə basqınla bağlı qulluqçusu saxlanılıb - YENİLƏNİB

Türkiyədə məşhur iş adamının evinə basqınla əlaqədar bir nəfər şübhəli şəxs qismində saxlanılıb.

ONA yerli mətbuata istinadən xəbər verir ki, “Sarar” Şirkətlər Qrupunun prezidenti Cəmaləddin Sararın Eskişehir vilayətindəki evində qulluqçu olan Moldova vətəndaşı İlua D. tutulub. 34 yaşlı qadın bu işlə əlaqəsinin olduğu ehtimal edilir.

Hazırda iki əcnəbi kişinin saxlanılması istiqamətində tədbirlər görülür.

Bildirilir ki, basqınçılar iş adamından 1 milyon dollar və 1 milyon avro tələb ediblər. Tələblərinə müsbət cavab almadıqları üçün iş adamına və həyat yoldaşına fiziki təzyiq göstəriblər, əl-qollarını bağladıqdan sonra kassada olan pul və qiymətli əşyaları götürüblər.

***

10.53

Türkiyədə məşhur iş adamının evinə basqın edilib.

ONA yerli mətbuata istinadən xəbər verir ki, “Sarar” Şirkətlər Qrupunun presidenti Cəmaləddin Sararın Eskişehir vilayətindəki evinə basqın edən 3 maskalı şəxs iş adamının və həyat yoldaşı Zəhra Sararın əl-qolunu bağlayıb. Dəstə üzvləri bundan sonra mənzildə olan kassadakı bütün pul və qızıl-zinət əşyalarını götürərək, qaçıblar. Evdən oğurlanan pulun məbləği və qızıl-zinət əşyalarının dəyəri müəyyənləşdirilir.

İş adamı polisə ifadəsində maskalı şəxslərin əcnəbi olduqlarını, Şərqi Avropa ölkələrinin dillərində danışdıqlarını bildirib.

Basqınçılar əcnəbi olduğundan Türkiyə İnterpolu da əməliyyat-axtarış tədbirlərinə qoşulub.

Qeyd edək ki, “Sarar”ın Bakıda da mağazası var.

Gülşən

Teqlər:

SON XƏBƏRLƏR