Aleksandr Beqlov Rusiyanın Sankt-Peterburq şəhərinin qubernatoru seçilib.
APA-nın “RİA Novosti”yə istinadən verdiyi xəbərə görə, Rusiya Mərkəzi Seçki Komissiyasının məlumatına əsasən, Sankt-Peterburqun qubernatoru vəzifəsini icra edən A. Beqlov 64,47 faiz səslə irəlidədir.
Sankt-Peterburqda artıq seçki protokollarının 98,93 faizi sayılıb.
Rusiyanın Baş naziri Dmitri Medvedyev də qələbə münasibətilə A. Beqlovu təbrik edib.
Qeyd edək ki, A. Beqlov 1956-cı ildə Bakı şəhərində anadan olub.